Parisdə irqçiliyə qarşı etiraz aksiyalarında 26 nəfər polis tərəfindən saxlanılıb

Parisdə irqçiliyə qarşı etiraz aksiyalarında 26 nəfər polis tərəfindən saxlanılıb

Fransa paytaxtında irqçiliyə və polis zorakılığına qarşı razılaşdırılmamış etiraz aksiyalarında iştirak edən 26 nəfər polis tərəfindən saxlanılıb.

SİA xəbər verir ki, bu barədə Parisin polis prefekturasının “Twitter” səhifəsində bildirilib.

Polis saxlanılmaların səbəbini açıqlamayıb.

Bundan bir qədər əvvəl “BFMTV” telekanalı polisə istinadən xəbər verib ki, aksiyalarda təxminən 15 min etirazçı iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə