İranda bir gün ərzində 2410 nəfər koronavirusa yoluxaraq xüsusi xəstəxanalara yatırılıblar. İyunun 13-də İranda 2 min 410 nəfər koronavirusa yoluxub, 71 nəfər isə həyatını itirib.
SİA xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari məlumat verib. Onun sözlərinə görə, bu günə kimi İranda 184 min 951 nəfər virusa yoluxub, 8 min 730 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 146 min 798 nəfər sağalaraq evə buraxılıb.
Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 3 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB