Hindistanda son 24 saat ərzində yeni növ koronavirusdan 386 nəfər həyatını itirib. SİA "Times of India"ya istinadən xəbər verir ki, Hindistanın Səhiyyə Nazirliyi son 24 saat ərzində 11 min 458 nəfərin virusa yoluxduğunu təsdiq edib.
Hindistanda bu günə qədər 309 min nəfər COVID-19-a yoluxub, 9 minə yaxın insan isə virusdan həyatını itirib. Virusa yoluxmuş 154 min nəfər isə müalicə nəticəsində sağalıb. Statistikaya əsasən, Hindistan yoluxma sayına görə ilk 4 ölkə arasındadır.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB