İranda son 24 saat ərzində yeni növ koronavirus yoluxmuş 71 nəfər vəfat edib. SİA xəbər verir ki, ölkədə ümumi 8 min 730 nəfər virusdan həyatını itirib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari bildirib ki, son 24 saat ərzində 2 min 410 nəfər virusa yoluxub. İranda virusa yoluxanların ümumi sayı isə 184 min 955-ə çatıb.
Hazırda aktiv xəstələrdən 2 min 755 nəfərin vəziyyətinin ağır olduğunu bildirilib. Mətbuat katibi Lari bu günə qədər 146 min 748 nəfərin müalicə nəticəsində evə buraxıldığını açıqlayıb.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB