“İşlər pisdir, rekord həddə koronavirusa yoluxma müəyyənləşib” Paşinyan
Burada işlər pisdir, rekord sayda koronavirus infeksiyasına yoluxma halları müəyyən olunub. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan öz Facebook səhifəsində canlı yayımda bəyan edib.
“Bir gün ərzində 723 sayda yeni yoluxma hadisəsini müəyyən etdik. Altı nəfər də ölüb”, deyə Ermənistanın baş naziri bildirib.
Xatırladaq ki, dünən 612 nəfər koronavirusa yoluxma aşkar edilmişdi və təsdiqlənmiş halların sayı da 15 min 281-ə çatmışdı.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB