Zelenskidə koronavirus aşkarlanmayıb

Zelenskidə koronavirus aşkarlanmayıb

Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayaya koronavirus diaqnozu qoyulub. SİA xəbər verir ki, bu barədə “RİA Novosti” informasiya yayıb.

Xəbərdə bildirilib ki, Ukraynanın Prezident Administrasiyası məlumatı təsdiqləyib. Hazırda Zelenskayanın müalicəsi ev şəraitində aparılır.

Həmçinin, qeyd olunub ki, Ukrayna Prezidenti və övladları koronavirus testindən keçirilib. Onlarda virus aşkarlanmayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə