London Avropa Birliyi ilə bağlı yekun qərar verib

London Avropa Birliyi ilə bağlı yekun qərar verib

İngiltərə 31 dekabr 2020-ci il tarixində bitəcək keçid dövrünü uzatmayacağı barədə Avropa Birliyinə rəsmi şəkildə məlumat verib. SİA TASS-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Lankaster Hersoqluğu Kansleri (Xüsusi təlimatlar üzrə nazir) Maykl Qouv "Twitter" səhifəsində məlumat verib.

"Böyük Britaniyanın keçid dövrünü uzatmayacağını və uzatmaqla bağlı müddətin artıq başa çatdığını rəsmi olaraq təsdiq etdim. 1 yanvar 2021-ci ildə biz idarəetməni bərpa edəcəyik, siyasi və iqtisadi müstəqilliyimizi yenidən qazanacayıq", o Avropa Komissiyası rəhbərinin müavini Maros Şefkoviçlə danışıqlardan sonra açıqlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə