Prezident seçkilərində qalib gəlməsəm... - Donald Tramp

Prezident seçkilərində qalib gəlməsəm... - Donald Tramp

“Prezident seçkilərində qalib gəlməsəm, həyatıma davam edər və başqa işlər görərəm”. SİA-nın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərindəki rəqibi Co Baydenin “Tramp seçkilərdə məğlubiyyəti qəbul etməsə, əsgərlər onu Ağ Evdən çıxaracaq” sözlərinə cavab olaraq deyib.

“Fox News”da çıxış edən ABŞ-ın hazırkı prezidenti bildirib ki, seçkilərdə qalib gəlməməsi ölkəsi üçün kədərli olacaq.

“Hamı Baydenin evinin zirzəmisində öz steril şəraitini qurduğunu və oradan çıxmadığını bilir”, - Tramp rəqibinə söz atmağı da unutmayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə