Avqustda Misir parlamentinin yeni yaranan Senatına ilk seçkilər keçiriləcək
Avqustda Misir parlamentinin yeni yaranan yuxarı palatası – Senata ilk seçkilər keçiriləcək.
SİA xəbər verir ki, bu barədə mətbuatda ölkənin qanunverici orqanında məlumat verilib. Misir Senatı ötən il konstitusiyaya edilmiş dəyişikliyə uyğun olaraq yaradılır. Parlamentin aşağı palatasına seçkilər isə əvvəl nəzərdə tutulduğu vaxt – noyabrda keçiriləcək.
Misirdə konstitusiya dəyişikliyi ötən ilin aprelində baş tutmuş ümumxalq referendumundan sonra parlamentin aşağı palatası tərəfindən təsdiq edilib. Bundan əvvəl yuxarı palata qismində Şura Məclisi adlanan qurum fəaliyyət göstərib və o, 2014-cü ildə ləğv olunub.
Bazar günü Nümayəndələr Palatasında qarşıdakı seçkilərlə bağlı məsələ müzakirəyə çıxarılacaq. Senatın tərkibinə dair qanun layihəsində senatorların sayının 300 nəfər olacağı, onların üçdəbirinin prezident tərəfindən təyin ediləcəyi, qalanının isə gizli səsvermə yolu ilə seçiləcəyi nəzərdə tutulub. Parlamentin yuxarı palatasında qadınların təmsilçiliyi ən az 10 faiz olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB