Sanksiyalar ucbatından İran ilə Cənubi Koreya arasında qalmaqal yaşanır.
Sanksiyalar ucbatından İran ilə Cənubi Koreya arasında qalmaqal yaşanır.
SİA xəbər verir ki, İran Cənubi Koreya banklarında saxladığı 9 milyard dolları geri istəyir. Rəsmi Seul isə ABŞ-ın İrana qarşı tətbiq etdiyi beynəlxalq iqtisadi sanksiyalara görə bu vəsaitin saxlanıldığı bank hesabını dondurub.
Prezident Həsən Ruhani ölkənin Mərkəzi Bankının sədri Əbdülnasir Himmətiyə və Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifə Cənubi Koreyadan pul vəsaitinin ölkəyə banklarına köçürülməsi üçün tədbirlər görülməsi haqqında tapşırıq verib.
Prezident qeyd edib ki, Cənubi Koreya İrana məxsus pulun bank hesabını dondurmaqla koronavirusdan əziyyət çəkən xəstələr üçün dərman preparatlarının alınmasına imkan vermir. Buna görə də rəsmi Seul tez bir zamanda İrana məxsus bank hesabları üzərindən qadağanı aradan qaldırmalıdır.
Nəzərə çatdıraq ki, sanksiyalar və koronavirus pandemiyasına görə böhranlı vəziyyətdə olan İran iqtisadiyyatı maliyyə vəsaitinə böyük ehtiyac duyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB