Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü respublikanın xəstəxanalarında pandemiyadan yaranan kritik vəziyyət barədə danışıb. SİA xəbər verir ki, Ermənistanın bu barədə dediklərini RİA Novosti sitat gətirib.
Onun sözlərinə görə, tibb müəssisələrində çarpayılar tükənib və artıq çatışmır. "Vəziyyət kritikdir. Koronavirus xəstələri üçün hazırlanmış 1857 çarpayının 1551-i, 239 reanimasiya yatağının 204-ü istifadədədir", deyə Paşinyab bildirib.
Ermənistanın baş naziri, ölkə vətəndaşlarının epidemiya əleyhinə qaydalara ciddi əməl etmədiklərini də söyləyib. Nikol Paşinyan hakimiyyətin iqtisadiyyata mənfi təsir göstərə biləcək ümumi tədbirlər görməli olduğunu da istisna etməyib.
Martın 16-dan iyulun 13-dək Ermənistanda koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Ölkədə, Cümə günü verilən məlumatlara görə, 15281 yoluxma hadisəsi aşkar edilib, 258 adam bu xəstəlikdən ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB