Afrikada COVID-19-a yoluxanların sayı 220 minə çatıb

Afrikada COVID-19-a yoluxanların sayı 220 minə çatıb

Afrikada yeni növ koronavirusa yoluxanların sayı 220 minə yaxınlaşıb, 5 min 869 nəfər isə virusdan həyatını itirib. SİA xəbər verir ki, son 24 saatda Afrikada 7 min 343 nəfər virusa yoluxub.

Virusdan sağalanların sayı isə 100 min 700-ü keçib. Ən çox itki isə Misirdə müşahidə edilib. Ölkədə 1377 ölüm faktı qeydə alınıb. Cənubi Afrikada 1284 nəfər vəfat edib, Əlcəzairdə 741 nəfər, Sudanda 401 nəfər,Nigeriyada 387 nəfər, Kamerunda 212 nəfər və Mərakeşdə 211 nəfər vəfat edib.

Ən çox yoluxma sayı isə Cənubi Afrikada (58 min 500-dən çox), Misirdə (39 min 700-dən çox), Nigeriyada (14 min 500-dən çox), Əlcəzairda (10 min 500-dən çox) və Qanada (10 min 300-dən çox) qeydə alınıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə