Çində cəmi 7 nəfər virusa yoluxub Ümumi 65 xəstə var

Çində cəmi 7 nəfər virusa yoluxub Ümumi 65 xəstə var

Çinin Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamaya görə, son 24 saat ərzində 1 nəfər paytaxt Pekindən, 6 nəfər xaricdən gələn şəxsdə COVID-19 aşkarlanıb. SİA xəbər verir ki, ümumilikdə son 24 saat ərzində Çində 7 nəfər yeni növ koronavirusa yoluxub.

Belə ki, məlumatda koronavirusdan ölüm faktının qeydə alınmadığı açıqlanıb. Bu günə qədər Çində ümumi 83 min 64 nəfər COVID-19-a yoluxub.

İqtisadiyyatın əsaslı şəkildə bərpa edilən Çində yeni növ koronavirusdan 4 min 634 nəfər adam həytını itirib. 78 min 365 adam isə virusdan sağalıb.

Ölkədə 65 aktiv xəstə var.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə