Virusa yoluxma halları sürətlə artır Ermənistanda

Virusa yoluxma halları sürətlə artır Ermənistanda

Ermənistanda koronavirusa yoluxanların sayı 15 281-ə çatıb. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayılan məlumatlara istinadən xəbər verir ki, bir sutka ərzində virusa yoluxan 17 xəstə ölüb.

Məlumatlarda qeyd olunur ki, iyunun 12-də Ermənistanda koronavirus infeksiyasına yoluxanların sayı 612 nəfər artıb. Bildirilir ki, ölənlərin sayı artıq 344 nəfərə çatıb.
Gün ərzində bu ölkədə 2297 sınaq testi keçirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə