Paşinyan hakimiyyəti "döyüş hazırlığı" vəziyyətinə gətirir

Paşinyan hakimiyyəti "döyüş hazırlığı" vəziyyətinə gətirir

Nikol Paşinyan hakimiyyəti "döyüş hazırlığı" vəziyyətinə gətirib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "İrates" qəzeti hökümətdəki mənbəyinə əsaslanaraq yazır.

Mənbənin məlumatına görə, güc strukturlarının rəhbərlərini dəyişdikdən sonra baş nazir Paşinyan bu idarələrin rəhbərlərinə cəmiyyətə əvvəlki etimadı bərpa etmək üçün bəzi müsbət göstəriciləri göstərməyi tapşırıb. Üstəlik, onlara xəbərdarlıq edilib ki, kimsə "öz" oyununu oynamağa çalışırsa, dərhal əvvəlki rejimin "qalıqlarından" yaxa qurtarıldığı kimi onlar da uzaqlaşdırılacaqlar.

Eyni mənbəyə görə, Paşinyan siyasi rəqiblərinə qarşı növbəti dözümsüzlük toxumlarını da səpib. Kimsəni qorumaq deyil, cəmiyyətin hamısının keçmiş və indiki günahlarını "ifşa etmək" kimi xüsusi bir mesaj da var. Ən başlıcası, hər şeyin baş nazirlə şəxsən razılaşdırılması, onun xəbəri olmadan heç bir şey edilməməsi və onun göstərişlərinin yerinə yetirilməsindən yayınanların işdən uzaqlaşdırılması tapşırılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə