Türkiyə Hava Yolları 19 iyundan etibarən ABŞ-a uçuşların həyata keçirilməsini bərpa edir. SİA xəbər verir ki, bu barədə Türkiyə Hava Yollarının Baş direktoru Bilal Ekşi məlumat verib.
ABŞ-da pandemiyanın qarşısını almaq məqsədilə Türkiyə ilə uçuşlar dayandırılmışdı. Türk Hava Yolları ABŞ-a reyslərin yenidən ərpa edilməsi ilə bağlı yeni qərar qəbul edib.
İlk növbədə Şimali Amerikaya uçuşlar təşkil ediləcək. Əvvəlcə Çikaqoya, Vaşinqtona və Los Ancelesə uçuşlar bərpa ediləcək. Plana əsasən uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək. Los Ancelesə uçuşlar 24 iyun tarixindən etibarən başlayır.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB