Corc Flodun ölümündə şübhəli bilinənlərdən biri azadlığa çıxıb

Corc Flodun ölümündə şübhəli bilinənlərdən biri azadlığa çıxıb

ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun ölümünə səbəb olan hadisədə iştirak edən 4 polisdən biri Tomas Lane azadlığa çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, 750 min dollar girov ödəyərək sərbəst qalıb.

Corc Floydun boğazına dizini basaraq ölümünə səbəb olan Derek Çauvin haqqında isə 2-ci dərəcəli cinayət ittihamı ilə istintaq açılıb.

Qeyd edək ki, olaydan sonra həmin 4 polis şəhər departamentindən qovulmuşdu.

Xatırladaq ki, Floydun ölümündən sonra ABŞ-da kütləvi etiraz aksiyaları başlanıb və hələ də davam etməkdədir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə