Ermənistanda pandemiyadan ölənlərin sayı 245-ə çatıb

Ermənistanda pandemiyadan ölənlərin sayı 245-ə çatıb

Ermənistanda daha 566 nəfərdə koronavirus aşkarlanıb. SİA-nın məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 14 min 669-a yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 245-ə çatıb.

İndiyədək 5 466 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 min 876 aktiv koronavirus xəstəsi var.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə