Türkiyənin İrandan başqa həmsərhəd ölkələrlə quru yolu sərhəd-keçid məntəqələri açılıb
Türkiyənin pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həmsərhəd ölkələrlə müvəqqəti bağlanan quru yolu sərhəd-keçid məntəqələri İran istisna olmaqla hamısı açılıb.
SİA xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Türkiyə və xarici ölkə vətəndaşlarının bu, eləcə də hava və dəmir yolları ilə Türkiyəyə giriş-çıxış qaydaları ilə bağlı yeni fəaliyyət planı artıq ölkənin 81 şəhərinin aidiyyəti qurumlarına göndərilib. Bu plana əsasən, Türkiyəyə gələn hər bir şəxs COVID-19-la bağlı xüsusi müayinədən keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB