Türkiyənin Kütahya vilayətindəki Uluköy yaylağında məskunlaşan sakinlər yeni növ koronavirus (COVID-19) testindən keçiriliblər. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, test nəticəsində yaylaqda yaşayan 20 nəfərin COVID-19 infeksiyasına yoluxduğu aşkarlanıb. Ərazi aidiyyəti qaydada karantinə alınıb.
Qeyd edək ki, Kütahya vilayətinin mərkəzindən 60 kilometr məsafədə yerləşən yaylaqda 90 nəfər məskunlaşıb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB