Ermənistanın təhlükəsizliyi təhdid altındadır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu "Yerkir Media" telekanalına müsahibəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Rodina” partiyasının sədri Artur Vanesyan söyləyib.
“Əsas müttəfiqlərimizlə ciddi problemlərimiz var. Mövcud hakimiyyət müttəfiqlərlə tərəfdaşlıq qurmaq iqtidarında deyil. Ermənistanın Rusiya ilə münasibətləri də problemlidir”, deyə Artur Vanesyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın əsas strateji müttəfiqi olan Rusiya ilə münasibətlər “yumşaq desək, pisdir”.
"İndi bir çoxları Ermənistanın öz sözünü deməli, suveren olmalı olduğunu söyləyirlər. Ancaq sual budur - indiki hakimiyyət suverendirmi və gündəmlərini icra etməyə çalışırlarmı? Ermənistanda hələ belə uyğunlaşdırıcı orqanlar olmayıb”, deyə Vanesyan vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB