Terrorçunun ailəsini ziyarət etmək istəyən PKK-ya şok

Terrorçunun ailəsini ziyarət etmək istəyən PKK-ya şok

Suriyanın şimal-şərqində yerləşən Amudə bölgəsində 2 il öncə aldadılaraq PKK sıralarına cəlb edilən Elçi İbrahim öldürülüb. SİA-nın məlumatına görə, 23 yaşlı E.İbrahimin ölümündən sonra PKK/YPG terrorçuları onun ailəsinə başsağlığı verməyə gedib. Öldürülən PKK-çının ailəsi isə terrorçuları qapıdan qovaraq geri qaytarıb.

Sonradan məlum olub ki, E.İbrahim 1 il öncə ölüb, ancaq ötən gün terrorçular onun ailəsinə baş çəkməyə cəhd edib. Həmçinin, ailə Abdullah Öcalanın posterlərini də cıraraq ayaqlar altına atıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə