“Ermənistan hakimiyyətinin davranışları müharibəyə səbəb ola bilər” Artur Vanesyan

“Ermənistan hakimiyyətinin davranışları müharibəyə səbəb ola bilər” Artur Vanesyan

Qarabağ nizamlanması məsələsində Ermənistanın xarici siyasəti ya birtərəfli güzəştlərə, ya da müharibəyə səbəb ola bilər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Rodina” partiyasının sədri Artur Vanesyan "Yerkir Media" kanalına müsahibəsində deyib.

“Ermənistan hakimiyyətinin bu seçim variantlarının heç biri bizi qane etmir. 1994-cü ildə ermə ni xalqı torpaqları ələ keçirdi və məqsədimiz də bu torpaqları qorumaqdır", deyə Vanesyan qeyd edib.

O, rəhbərlik etdiyi partiyanın məqsədini açıqlayıb və "bu orta gücün hakimiyyətdən uzaqlaşdırılmasının vacibliyini, onların hakimiyyətlərinin hər gününün Ermənistana birbaşa təhlükə yaratdığını" vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə