Dünyada koronavirusa yoluxanların sayı 7,5 milyona yaxınlaşır

Dünyada koronavirusa yoluxanların sayı 7,5 milyona yaxınlaşır

Dünya miqyasında koronavirusa yoluxanların sayı 7 milyon 458 min 921 olub. SİA-nın məlumatına görə, bu günədək 419 min 20 nəfər infeksiya səbəbilə dünyasını dəyişib.

3 milyon 778 min 218 nəfər sağalıb.

Hazırda 3 milyon 261 min 683 nəfərin müalicəsi davam edir. Onlardan 53 min 887 nəfərin vəziyyəti kritik qiymətləndirilir.

Bu gün ərzində 12 min 692 yeni yoluxma, 883 ölüm qeydə alınıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə