Tripolinin müxtəlif yerlərində baş vermiş partlayışlar nəticəsində 7 nəfər ölüb

Tripolinin müxtəlif yerlərində baş vermiş partlayışlar nəticəsində 7 nəfər ölüb
Liviyanın paytaxtı Tripolinin müxtəlif yerlərində bir neçə partlayıcı qurğunun işə düşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb. SİA "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Liviya24" kanalına Milli Barışıq Hökumətinin Səhiyyə Nazirliyi tərəfindən bildirilib. Nazirliyin sözçüsü əl-Amin əl-Haşiminin sözlərinə görə, çərşənbə günü Tripolinin müxtəlif ərazilərində mina partlaması nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Hadisənin təfərrüatları barədə hələlik məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə