Ukrayna Avropa Komissiyasından 500 milyon avro həcmində kredit alıb

Ukrayna Avropa Komissiyasından 500 milyon avro həcmində kredit alıb

Ukrayna Avropa Komissiyasından 500 milyon avro həcmində kredit alıb.

SİA xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.

O bildirib ki, bu kredit makromaliyyə yardımının dördüncü paketi çərçivəsində verilib. Həmin məbləğ koronavirus pandemiyasından zərər görmüş iqtisadiyyatın inkişafına yönəldiləcək.

Qeyd edək ki, Avropa Komissiyası 2014-cü ildən etibarən Ukraynaya 3,8 milyard avro məbləğində vəsait ayırıb. Bu, Avropa İttifaqı xaricindən ölkəyə ayrılan ən böyük məbləğdir.

Bütün xəbərlər Facebook səhifəmizdə