İsraildə də polisə qarşı etiraz aksiya təşkil edilib

İsraildə də polisə qarşı etiraz aksiya təşkil edilib

Bir çox fələstinli gənc və əlil otizim xəstəsi olan İyad Hallakın İsrail polisi tərəfindən öldürülməsinə etiraz etmək məqsədilə Şərqi Qüdsdə aksiya təşkil edib. SİA xəbər verir ki, aksiyaya çoxlu sayda əlil arabasında olan şəxslər də qatılıb.

Onlar Şərqi Qüdsün Köhnə şəhər hissəsinin Es-Sahire darvazaları qarşısında toplaşıblar. Aksiya İsrail polisi tərəfindən nəzarətə götürülüb. Aksiyada amerikalı qaradərili Corc Floydun da polis zorakılığı nəticəsində həyatını itirdiyi barədə yazılan plakatlar da nəzərə çarpıb. Plakatlarda, "Əlillər nəfəs ala bilmir" şüarları əks olunub.

Qeyd edək ki, otizm xəstəsi olan 31 yaşlı əlil fələstinli İyad Hallak İsrail polisi tərəfindən 30 may tarixində vurularaq öldürülüb. Polis onun silah gəzdirdiyindən şübhələnib və dayanmasını əmr edib. Əmrə tabe olmayan Hallak polis tərəfindən vurularaq öldürülüb. Daha sonra onun üstündə heç bir silah tapılmayıb və otizm xəstəsi olan əlil İyad Hallakın həmin vaxt sadəcə məktəbə getdiyi məlum olub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə