Almaniya sərhədlərini qapalı tutacaq

Almaniya sərhədlərini qapalı tutacaq

Almaniya yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün digər ölkələrə gediş-gəliş qadağasını avqust ayının sonuna qədər uzadıb. SİA xəbər verir ki, Almaniya Avropa Birliyi (AB) ölkələri istisna olmaqla qadağanı bütün dünya ölkələrinə şamil edib.

Almaniyanın Xarici İşlər Naziri Heyko Mas bu barədə yazılı açıqlama verib. Açıqlama Almaniyanın Nazirlər Kabinetinin qərarına istisna edilib. Qərara əsasən, AB ölkələri ilə yanaşı, bu siyahıya İngiltərə və Şengen ölkələri daxil edilməyib. Sərhədlərin avqustun 31-ə qədər uzadılmasına qərar verilib.

Mas bildirib ki, Avropa İttifaqı ölkələri istisna olmaqla digər ölkələrə məhdudiyyətsiz səyahət etməyə imkan verən meyarlar və koordinasiya prosesləri mövcud deyil.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə