Koronavirusa yoluxanların sayı 14 103, ölənlərin sayı 304-ə çatdı Ermənistanda

Koronavirusa yoluxanların sayı 14 103, ölənlərin sayı 304-ə çatdı Ermənistanda

İyunun 10-da Ermənistanda koronavirus infeksiyası hallarının sayı 425 artaraq 14 103-ə çatıb. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayılan məlumatlara istinadən xəbər verir ki, bu ölkədə ölənlərin sayı 13 nəfər artaraq 304-ə çatıb.

Məlumatda qeyd olunur ki, ölənlər arasında birbaşa koronavirus nəticəsində ölənlərin sayı 227 nəfərdir.
Həmçinin bildirilir ki, gün ərzində şübhəli bilinənlər arasında 1751 sınaq testi keçirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə