Rəsmi Vaşinqtonla Bağdad arasında ABŞ ordusunun bu ölkədə varlığı ilə bağlı müzakirələrin yeni mərhələsi başlayacaq. SİA-nın məlumatına görə, bu barədə İraq parlamenti Xarici Münasibətlər Komissiyasının üzvü Əmir Faiz danışıb.
O bildirib ki, sabah start götürüb 2 gün davam edəcək müzakirələr telekonfrans yolu ilə gerçəkləşəcək. Toplantılarda Müdafiə, Neft, Daxili İşlər, Maliyyə və Xarici İşlər Nazirliklərinin nümayəndələri iştirak edəcək.
Müzakirələrin predmeti yalnız təhlükəsizlik deyil, iqtisadi, siyasi və səhiyyə də olacaq.
Xatırladaq ki, İraq parlamenti 5 yanvarda ABŞ qüvvələrinin İraqdan çıxarılması ilə bağlı qərar qəbul etmişdi.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB