Nyu Yorkda polisin saxladığı vətəndaşa təzyiq göstərməsi qadağan olunub

Nyu Yorkda polisin saxladığı vətəndaşa təzyiq göstərməsi qadağan olunub

ABŞ-ın Nyu York ştatında polisin saxladığı vətəndaşın boynuna təzyiq göstərməsi qadağan olunub. SİA-nın məlumatına görə, bu barədə Nyu York Şəhər Şurası qərar qəbul edib.

Bundan başqa, polis şiddəti nəticəsində dünyasını dəyişən qaradərili Corc Floydun dəfn edildiyi Texas ştatının qubernatoru Silvester Törnr polisin boynuna təzyiq göstərmək metodunu ləğv edəcəyinə söz verib.

Qeyd edək ki, qaradərili Corc Floydun polis zorakılığı ilə öldürülməsindən sonra baş qaldıran etiraz aksiyalarında nümayişçilər hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə