ABŞ Senatı afroamerikalı generalın ölkə HHQ-nin qərargah rəisi vəzifəsinə təsdiqləyib
ABŞ Senatı afroamerikalı general Çarlz Braunun Hərbi Hava Qüvvələrinin (HHQ) qərargah rəisi vəzifəsinə namizədliyini təsdiqləyib.
SİA "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, Çarlz Braunun namizədliyini 98 senator dəstəkləyib, əleyhinə səs verən olmayıb.
ABŞ prezidenti Donald Tramp generalı Senatda səsvermə başlanmazdan əvvəl təbrik edib. O, “Twitter” səhifəsində bu günün ABŞ üçün tarixi gün olduğunu bildirib, Braun kimi vətənpərvərlə və böyük rəhbərlə işləməkdən məmnun qalacağını yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB