Hökümət və "Çiçəklənən Ermənistan" partiyası arasındakı "atışma" bitmir
Qaqik Sarukyanın məşhur çıxışından sonra hökumətlə Çiçəklənən Ermənistan partiyası arasında "atışma" bitmir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.
Qəzeti yazır ki, Qaqik Sarukyanın açıqlaması "Mənim addımım" blokunun nümayəndələrini ruhi sıxıntıya uğradıb.
Nəşrin yazdığına görə, Nikol Paşinyan da Sarukyanla telefonla danışaraq, hər hansı bir addım olacağı təqdirdə hər kəsi məhv edəcəyi ilə təhdid edib. Lakin Çiçəklənən Ermənistan partiyasının nümayəndələri geri çəkilmirlər, hakimiyyətə qarşı hücumlara davam edirlər.
Çiçəklənən Ermənistan oartiyasının üzvü Artyom Sarukyan bir “korrupsiya sövdələşməsi” ərəfəsində Paşinyanın öz bacısının cangüdəninin adına Kanadada 3 milyon dollara ev aldığını elan edib.
Günün sonunda hakim "Mənim addımım" blokundan olan deputat Arpi Davoyan Sarukyanın qeydlərini Baş Prokurorluğa göndərərək "təqdim olunmuş məlumatların həqiqətə uyğunluğunu araşdırmağı və hüquqi qiymət verməsini istəyib", deyə bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB