İranda daha 2 095 nəfər koronavirusa yoluxub

İranda daha 2 095 nəfər koronavirusa yoluxub

İranda ötən sutka ərzində daha 2 095 nəfər koronavirusa (COVID-19) yoluxub. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 175 927 nəfərə yüksəlib. Virus daşıyıcılarından 2 639 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində daha 74 nəfərin ölməsi ilə ümumilikdə İranda koronavirusdan ölənlərin sayı 8 425 nəfərə çatıb.

Nazirlik rəsmisi İranda indiyədək 138 457 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,12 milyondan çox test həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə