Şimali Koreyadan radikal addım

Şimali Koreya Cənubi Koreya ilə münasibətlərinə son qoyur. SİA-nın məlumatına görə, bu barədə ölkənin KCNA rəsmi xəbər agentliyi informasiya yayıb.

Bildirilib ki, cənubi koreyalı siyasi fəalların sərhəd xəttindən təxribatçı broşürlər atmasından sonra rəsmi Pxenyan bütün kommunikasiya kanallarını kəsmək qərarına gəlib. Qərar bu gün günortadan sonra həyata keçiriləcək.

Qərarın Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen Inın bacısı Kim Yo-Conq və sabiq kəşfiyyat şefi Kim Yonq Çol tərəfindən verildiyi bildirilir.

Cənubi Koreyadan məsələ ilə bağlı hələ ki, açıqlama gəlməyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə