BMT və Aİ Bəşərin yaxasından əl çəkmir

BMT və Aİ Bəşərin yaxasından əl çəkmir

BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvləri Suriyadakı hadisələrlə bağlı bəyanat qəbul edə bilməyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Suriyadakı vəziyyətə dair bir sıra Qərb ölkələri BMT TŞ-nın iclasının keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Bu ölkələr Suriya hakimiyyətinin addımlarını pisləyən bəyanatın qəbul olunmasına nail olmaq istəyiblər. Lakin Rusiya, Çin və Livan bu məsələyə qarşı çıxdıqları üçün bəyanatı qəbul etmək mümkün olmayıb.

 

Eyni zamanda sabah Avropa İttifaqı (Aİ) Suriya hakimiyyətinin ölkədə keçirilən etiraz aksiyası iştirakçılarına qarşı güc tətbiq etməsi ilə əlaqədar olaraq Dəməşqə qarşı mümkün qadağaları müzakirə edəcək. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək vəzifəli nümayəndəsi Ketrin Eştonun köməkçisi Maykl Man məlumat verib. O bildirib ki, hazırda bütün mümkün variantlar nəzərdən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə