Co Bayden polis zorakılığının qurbanı olmuş afroamerikalı Corc Floydun ailəsi ilə görüşüb
ABŞ-ın keçmiş vitse-prezidenti və prezident seçkilərində daha çox səs qazanacağı ehtimal olunan Demokrat namizəd Co Bayden bazar ertəsi polis zorakılığı nəticəsində dünyasını dəyişən afroamerikalı Corc Floydun ailəsi ilə görüşüb.
SİA "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Floyd ailəsinin vəkili Benjamin Kremp “Twitter” səhifəsində yazıb.
Vəkil bildirib ki, Co Baydenin Corcun ailəsi ilə keçirdiyi bir saatdan çox görüş zamanı onları dinləyərək kədərlərini bölüşüb.
“Baydenin itki üz vermiş ailəni ziyarəti böyük əhəmiyyət daşıyır”, deyə vəkil əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB