Yeni Zenlandiyada COVID-19-a yoluxanların hamısı sağaldı VİRUSA YOLUXAN YOXDUR
Yeni Zelandiya pandemiyaya qalib gəlib, ölkədə COVID-19-a yoluxanların hamısı sağalıb. SİA xəbər verir ki, bu barədə ölkənin baş naziri Casinda Arden məlumat verib.
Qeyd edildiyi kimi, koronavirus pandemiyasının bitməsi ilə əlaqədar olaraq, hökumət bütün məhdudlaşdırıcı tədbirləri ləğv edir.
"Biz Yeni Zelandiyada yayılmasının qarşısını aldığımıza əminik. Sadəcə bunun vaxtı gəlib çatıb deyə yox, davamlı səylər sayəsində", - Ardern bildirib.
Bildirilib ki, Yeni Zelandiyaya gələnlər koronavirus testindən keçəcəklər.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB