Koronavirusdan çox itki verməyə davam edən ölkələrdə vəziyyət STATİSTİKA
Dünya üzrə yeni növ koronavirusdan həyatını itirənlərin sayı 400 mini ötüb. SİA xəbər verir ki, dünya üzrə COVID-19-a yoluxanların sayı isə 6 milyon 900 mini keçib.
Epidemiyadan ən çox itki verən ölkələrin siyahısında ABŞ birinci yerdədir. Ölkə üzrə virusa yoluxanların sayı 2 milyona çatıb. COVID-19-dan həyatını itirənlərin sayı isə 111 min 700-ü keçib. Ölkədə sağalanların sayı 739 mini yaxındır.
Virusdan ən çox təsirlənən ölkələr siyahısında İngiltərə və İtaliyanın da adı var. Belə ki, İngiltərədə COVID-19-dan həyatını itirənlərin sayı 40 min 500-ə yaxınlaşıb. Ölüm faktlarının sayı isə 284 min 900-ə çatıb. İtaliyada isə virusdan həyatını itirənlərin sayı 33 min 900-ə, COVID-19-a yoluxanların sayı isə 234 min 800-ə yüksəlib. Virusa yoluxmuş və müalicə alaraq sağalmış şəxslərin sayı 165 mindir. İqtisadiyyatının bir sıra sektorlarının fəaliyyətini bərpa etmək istəyən İtaliya hökümətinə qarşı bir sıra qruplar tərəfindən etiraz edilib.
Sloveniyanın Xarici İşlər Naziri bildirib ki, İtaliya ilə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində bağladığı sərhədləri 15 iyunda yenidən aça bilər.
Digər tərəfdən İspaniyanın tanınmış muzeyləri qapılarını ziyarətçilərinin üzünə yenidən açıb. İspaniyada COVID-19-dan ümumi həyat itkisi 27 min 200-ə çatıb. Virusa yoluxanların sayı isə 240 min 300-ü keçib. Ölkədə sosial məsafənin saxlanıla bilmədiyi bütün ictimai yerlərində maska taxmaq məcburidir və bu öhdəliyə əməl edilmədikdə 100 avroya qədər cərimə tətbiq ediləcəyi açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB