Ötən həftə koronavirusa yoluxduğunu açıqlayan Ermənistanın baş naziri Nikol Paşinyan sağalıb. SİA xəbər verir ki, bunu hökumət başçısı “Facebook” səhifəsində bildirib.
N.Paşinyanın sözlərinə görə, ailə üzvləri də koronavirusdan sağalıb.
Qeyd edək ki, Nikol Paşinyan iyulun 1-də özünün və ailə üzvlərinin koronavirusa yoluxduğunu bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB