ABŞ-ın 4 ştatında təbii fəlakətlə bağlı fövqəladə vəziyyət elan edilib

ABŞ-ın 4 ştatında təbii fəlakətlə bağlı fövqəladə vəziyyət elan edilib

ABŞ-ın cənubunda qeydə alınmış çoxsaylı tornado və intensiv yağıntılar bir neçə ştatda subasma və dağıntılara səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, ölkənin 4 ştatında ümumilikdə 72 nəfər ölüb. Alabama ştatında 58 nəfərin, o cümlədən Tuskalusa şəhərində 15, Missisipi ştatında 11, Corciya ştatında 2, Tennesi ştatında isə 1 nəfərin öldüyü bildirilir. Xeyli sayda insan xəsarət alıb. Güclü külək bir sıra yerlərdə infrastruktura ciddi ziyan vurub, elektrik və rabitə xətlərini sıradan çıxarıb, ağacların kökündən çıxaraq aşmasına səbəb olub.

 

Mövcud vəziyyətlə əlaqədar Alabama, Arkanzas, Tennesi ştatlarında, həmçinin, Missisipi ştatının 39 rayonunda fövqəladə vəziyyət elan edilib. Hadisə bölgələrində axtarış-xilasetmə işləri davam etdirilir. Xatırladaq ki, cari ilin 25-26 aprel tarixlərində baş vermiş tornado və güclü yağışların səbəb olduğu subasma Arkanzas ştatında 8 nəfərin ölüm ilə nəticələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə