COVID-19-dan ölənlərin sayı 5 859 nəfərə çatıb Rusiyada

COVID-19-dan ölənlərin sayı 5 859 nəfərə çatıb Rusiyada

Son sutka ərzində Rusiyada koronavirusdan 134 nəfər ölüb. SİA-nın verdiyi xəbərə görə, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb. Məlumata görə, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 859 nəfərə çatıb. “Son sutkada 134 nəfər öldü. Bütün dövr ərzində 5 859 nəfər ölüb”, - deyə xəbərdə bildirilir.

Qeyd edilir ki, bir gün ərzində Moskvada 55, Sankt-Peterburqda 31, Moskva ətrafında 10 nəfər COVID-19-dan vəfat edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə