Qazaxıstan Prezidentinin mətbuat katibində koronavirus aşkarlanıb

Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Ualidə koronavirus aşkarlanıb.

Berik Uali özü bu barədə məlumat verərək bildirib ki, bütün ehtiyat tədbirlərinə baxmayaraq, son koronavirus testi pozitiv çıxıb. Hazırda xəstəxanada həkimlərin nəzarətində olduğunu qeyd edən mətbuat katibinin vəziyyəti qənaətbəxşdir.

Prezident Kasım-Jomart Tokayev iş rejiminə uyğun olaraq çalışır, onun sağlamlığı üçün heç bir təhlükə yoxdur. Dövlət başçısı mütəmadi olaraq testdən keçirilir. Ölkənin prezident administrasiyasında sanitariya rejimi gücləndirilib, təhlükəsizlik tədbirləri sərtləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...