G20-dən COVID-19-la mübarizəyə 21 milyardlıq YARDIM

G20 ölkələri qrupu yeni növ koronavirusla mübarizə çərçivəsində səhiyyə sahəsinə 21 milyard dollar ayırmaq üçün razılığa gəliblər. SİA xəbər verir ki, bu barədə “iyirmilərin” rəsmi saytında yazılıb. “G20 dəvət olunmuş ölkələrlə birgə COVID-19-la qlobal mübarizəni gücləndirmək üçün koordinasiyalı məsləhətləşmələr aparıblar. Bu günə G20 üzvləri və üzv ölkələr səhiyyənin qlobal maliyyələşməsi üçün öhdəlik götürüblər”, bəyanatda bildirilir.

Qeyd olunur ki, G20 tərəfindən təqdim edilən vəsaitlər koronavirus infeksiyasının gələcəkdə yayılmasının qarşısının alınması proseslərinə, xüsusilə vaksinin diaqnozuna və onun hazırlanmasına, pasientlərin müalicəsinə, eləcə də digər müxtəlif araşdırmalara xərclənəcək.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə