Son gündə 4288 nəfər COVİD-19-a yoluxub Dünyada

Son gündə dünyada yeni növ koronavirusa yoluxanların sayı 118 min artaraq 6.5 milyonu, ümumilikdə ölənlərin sayı isə 387 min nəfəri ötüb. SİA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb.

Məlumata görə, son sutkada dünyada 118 min 526 nəfər yeni növ koronavirusa yoluxub, 4 min 288 nəfər isə vəfat edib.Belə olan halda, dünya üzarə yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 535 min 354 nəfərə yüksəlib, ölənlərin sayı isə 387 min 155 nəfərdir.

Rəqəmlərə görə, ən çox yoluxma halı Şimali və Cənubi Amerikada (3 milyon 087 min 517 nəfər) qeydə alınıb. Avropada COVİD-19 xəstələrinin sayı isə 2 milyon 230 min 706 nəfərdir.

Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı martın 11-də yeni növ koronavirusu dünyada pandemiya elan edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə