ABŞ-ın Corciya ştatında təyyarə qəzası nəticəsində azı beş nəfər ölüb

ABŞ-ın Corciya ştatının şimalında kiçik təyyarə qəzaya uğrayıb, azı beş nəfər, o cümlədən iki uşaq ölüb. SİA xəbər verir ki, bu barədə yerli polisə istinadla "Fox" televiziyası məlumat verib. Məlumata görə, göyərtədə bir pilot və cənazə mərasimi üçün Florida-dan İndianaya uçan dörd ailə üzvü olub. Onların heç biri sağ qalmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə