İranda koronavirusdan ölənlərin sayı 8 134-ə çatdı

İranda koronavirusa yoluxanların sayı yenə artıb. Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə daha 2 886 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 167 156-ya çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 63 nəfər artaraq 8 134 nəfərə yüksəlib.

O həmçinin 2 573 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 129 741 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...