İranın "Bəhbəhan" yük gəmisi batıb

İranın "Bəhbəhan" yük gəmisi İraq yaxınlığında batıb.

SİA-nın məlumatına görə, gəmi Bəsrə körfəzinin Xor Abdulla kanalının girişində suyun dibinə enib.

Gəmidəki 4 nəfər xilas olunub. Qalan 5 nəfər üçün axtarış elan olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə