COVID-19-a qarşı peyvənd meymunlar üzərində sınaqdan keçirilir

Tailandda COVID-19 peyvəndi meymunlar üzərində sınaqdan keçirilməyə başlanıb. SİA-nın məlumatına görə, bu barədə Vyetnam İnformasiya Agentliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, paytaxt Banqkokdakı Çulalonqkorn Universitetinin Çula Peyvənd Mərkəzinin rəhbəri Kiat Ruxrunqtam peyvəndin donuzlar üzərində sınağının tamamlandığını deyib. Növbəti mərhələdə isə xərçəng yeyən meymunlar üzərində sınaq keçiriləcək. Bu sınaq uğurla tamamlansa, peyvəndin insanlar üzərindəki effektivliyi yoxlanılacaq.

Professor hər şey yolunda gedərsə, Tailandın gələn il koronavirusa qarşı peyvəndlənəcəyini vurğulayıb.

Qeyd edək ki, Tailandda 3 min 101 nəfər koronavirusa yoluxub, 58 nəfər ölüb

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə