Rusiyanın səfirliyinə terror hücumu - XƏBƏRDARLIĞI

Rusiyanın Argentinadakı səfirliyinə bombalı hücum xəbərdarlığı daxil olub. SİA-nın məlumatına görə, elektron məktubla yollanan xəbərdarlıqda səfirlik binasına bomba qoyulduğu yazılıb.

Bölgəyə dərhal Argentina Federal Polisinin bombaların zərərsizləşdirilməsi briqadası cəlb olunub. Polisdən verilən açıqlamada briqadanın səfirlikdə hər hansı partlayıcı tapmadığı bildirilib.

Qeyd edək ki, həftənin əvvəlində Rusiyanın Braziliyadakı səfirliyinə də bənzər xəbərdarlıq daxil olmuşdu.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə